Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində həlak olan digər azərbaycanlı dənizçinin də kimliyi müəyyənləşib.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, həlak olan digər dənizçi Məhəmməd adlı şəxsdir.
Onun fotosunu təqdim edirik:
Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir.
Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digər heyət üzvləri isə ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar.


