İqtisadiyyat

Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir!

Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir!

Yapı Kredi Bank Azərbaycan müştərilərinə rəqəmsal ödənişlər zamanı əlavə üstünlüklər təqdim edən yeni keşbek kampaniyasına start verir.

1 oktyabr – 1 noyabr tarixlərində Yapı Kredi Bank Azərbaycan kart sahibləri Apple Pay və Google Pay vasitəsilə market, restoran və kinoteatr kateqoriyalarında həyata keçirdikləri ödənişlərdən keşbek qazana biləcəklər.

Kampaniya çərçivəsində seçilmiş kateqoriyalarda debet kartları ilə ödənişlərə 3%, kredit kartları ilə ödənişlərə isə 5% keşbek təqdim olunur.

Kampaniyanın əsas şərtləri:

Kampaniya müddəti: 1 oktyabr – 1 noyabr 2026

Kateqoriyalar: Market, restoran, kinoteatr

Apple Pay və Google Pay ödənişləri:

• Debet kartlar – 3% keşbek

• Kredit kartlar – 5% keşbek

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.yapikredi.com.az saytından, *0444 Telefon Mərkəzindən və ya bankın "Instagram", "Facebook", "LinkedIn" , "Telegram" və "WhatsApp" sosial platformalarındakı rəsmi hesablarından əldə edə bilərsiniz.

NE
Nihadə Eyyubova