Sənaye və energetika

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan keçib

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan keçib

ADY-nin Bakı Beynəlxalq Dəniz Limanında tətbiq olunan idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğunluğu növbəti audit nəticəsində təsdiqlənib.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Limanının rəsmi sosial media hesabında məlumat yayılıb.

Bildirilib ki, Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan keçib:

* ISO 9001:2015 – Keyfiyyətin idarə edilməsi;

* ISO 14001:2015 – Ətraf mühitin idarə edilməsi;

* ISO 45001:2018 – Əməyin mühafizəsi və işçi təhlükəsizliyi;

* ISO 50001:2018 – Enerji idarəetməsi.

Qeyd olunub ki, əldə edilən sertifikatlar Bakı Limanının keyfiyyət, ekoloji dayanıqlılıq, əməyin mühafizəsi və enerji səmərəliliyi istiqamətlərində beynəlxalq tələblərə uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Ətraflı: https://l1nq.com/4h3b80c