Türkiyəli aktrisa Şebnem Bozoklunun illər ərzindəki görünüşündə baş verən dəyişiklik diqqət çəkib.
Demokrat.az xəbər verir ki, "Küçük Sırlar", "Ulan İstanbul", "Şahsiyet" və "Albüm" kimi məşhur layihələrdə rol alan 46 yaşlı aktrisanın əvvəlki və indiki fotoları müqayisə edilib.
Məlumata görə, Bozoklu təxminən bir il ərzində 20 kiloqram arıqlayıb. Onun qidalanmasına və fiziki aktivliyinə diqqət etdiyi, bunun nəticəsində daha fit görünüş qazandığı bildirilib.
Aktrisanın yalnız çəkisində deyil, saç və geyim tərzində də dəyişiklik etdiyi diqqət çəkib. İllər əvvəl buruq və həcmli saçları ilə tanınan Bozoklu hazırda daha qısa saç düzümü və fərqli üslubu ilə kamera qarşısına keçir.
Onun müxtəlif illərdə çəkilən fotolarının yan-yana paylaşılması sosial şəbəkələrdə də maraq doğurub.


Jalə


