Özəl

Bakıda oğlanlar saçyolduya çıxdılar

Bakıda oğlanlar saçyolduya çıxdılar

Bakının Nizami rayonunda iki gəncin mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 11-də Nizami rayonu, Heydər Əliyev prospektində baş verib.

Qazax rayon sakini, 2001-ci il təvəllüdlü Elbrus həmin gün, saat 19:40 radələrində Heydər Əliyev prospektində yerləşən "Koroğlu" metro stansiyasının çıxışında əvvəllər tanımadığı Əmirlə (adlar şərtidir – red.) mübahisə edib.

İstintaq sənədlərinə görə, onların arasında mübahisə yol verməmək üstündə yaranıb. Elbrus həmin ərazidə Əmirin hərəkətdə olarkən yol verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun saçından tutaraq sağa-sola dartıb, bir neçə dəfə təpiklə belinə və sağ yan tərəfinə vurub.

Elbrusun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Elbrus ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə Elbrusun barəsində amnistiya tətbiq edilib, o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

R
Redaktor