Özəl

Qadın hakim qarşısında onu döyən ərini bağışladı

Qadın hakim qarşısında onu döyən ərini bağışladı

Bakının Xətai rayonunda 29 yaşlı oğlan qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1997-ci il təvəllüdlü Qabil həyat yoldaşı Sevil (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, Qabil qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadına əl zərbəsi ilə sifət nahiyəsindən vuraraq onu döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Qabilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində izahat verən Qabil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, zərərçəkmiş şəxslə barışdığını söyləyib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli