Gündəm

Gəncədə şagirdlərin zəhərləndiyi məktəbdə yoxlama: Bufet bağlandı - FOTOLAR

Gəncədə şagirdlərin zəhərləndiyi məktəbdə yoxlama: Bufet bağlandı - FOTOLAR

Gəncədə şagirdləri zəhərlənən məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Demokrat.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

"Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. xlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib. Araşdırmalar davam etdirilir.

Gəncədə şagirdlərin zəhərləndiyi məktəbdə yoxlama: Bufet bağlandı - FOTOLAR

Gəncədə şagirdlərin zəhərləndiyi məktəbdə yoxlama: Bufet bağlandı - FOTOLAR

NE
Nihadə Eyyubova