Azərbaycan Hava Yollarının (AZAL) sentyabrın 28-də planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Demokrat.az xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrası bərpa ediləcək.
Sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar.
Qeyd edək ki, AZAL bütün qərarları sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir. Uçuşlar beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun həyata keçirilir.

