Dünya

Hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxardı

Hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daürən Kosanovu ölkənin müdafiə naziri vəzifəsindən azad edib.

Demokrat.az-ın məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Kosanovun vəzifədən azad edilməsi Xəzər dənizində hərbi təlimlər zamanı baş verən və hərbçilərin ölümü ilə nəticələnən faciədən sonra baş verib.

Hadisə sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı qeydə alınıb. İlkin məlumatlara görə, hərbçilərin olduğu qayıqdan şəxsi heyətin sahilə çıxarılması zamanı hava şəraiti kəskin pisləşib. Güclü külək nəticəsində hərbçilər açıq dənizə aparılıb.

Hadisə nəticəsində 14 hərbçi həlak olub, 3 nəfər isə xilas edilib. Faciənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

B
Qeyd edilməyib