Müxalifət Bakı şəhər İcra Hakimiyyətinin razılıq verdiyi 16 fevral mitinqindən imtina edib.
Demokrat.azxəbər verir ki, Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov meriyanın Lökbatan təklifi ilə razılaşmadıqlarını,növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq paytaxtın mərkəzində aksiyanın keçirilməli olduğunu açıqlayıb:
"Lökbatan təklifindən imtina etdik. 16 fevralda seçki saxtakarlığına qarşı aksiya Bakı şəhərində keçirilməlidir",- İ.Məmmədov açıqlayıb.
Xatırladaq ki,BŞİH, Müsavat, REAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin 16 fevral tarixində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində mitinq keçirməsinə icazə verib. Müxalifət və müstəqil namizədlər isə fevralın 16-da 28 May metrosuyaxınlığında etiraz aksiyası keçirməsini istəyib.
Zaur


