Sosial

"Miqrant alveri"ndə adı hallanan Sabir Rüstəmxanlının qardaşı AZADLIQDA

Miqrant alverində adı hallanan Sabir Rüstəmxanlının qardaşı AZADLIQDA

“Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev azadlığa buraxılıb.

Demokrat.az xəbər verir ki, bu barədə onun oğlu Türkel Tüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.

Bildirib ki, A.Əliyev azadlığa buraxılıb.

Qeyd edək ki, ötən il Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılmışdı, saxlanılanlardan biri də Ə.Əliyev də var idi.

Xatırladaq ki, Ə.Əliyev 2015-ci ildə ailəsi ilə birlikdə Almaniyaya mühacirətə gedib. O, Almaniyanın Düsseldorf şəhərində “Leqat” inteqrasiya mərkəzini təsis edərək bu ölkədə yaşayan miqrant və mühacirlərə hüquqi xidmət göstərib.

Məlumat üçün bildirək ki, Əlövsət Əliyevin Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının qardaşıdır.

Demokrat.az

D
demokrat.az