İnfrastruktur

Binəqədi yolu bağlandı, sakinlər yolda qaldı — AAYDA-dan reaksiya (FOTOLAR)

Binəqədi şosesində hərəkət məhdudlaşdırılıb.

Demokrat.az-a müraciət edən sakinlər bildiriblər ki, Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsindən, "Emil Petrol"un qarşısına qədər yolda hərəkət tam məhdudlaşdırılıb, yola məhdudlaşdırıcı vasitələr qoyulub.

Sakinlər kilometrlərlə yolu piyada getmək məcburiyyətində qalıblar. Sürücülər alternativ dar küçələrdə saatlarla tıxacda qalıb, iritutumlu avtobuslar dar küçələrdə ilişiblər.

Məsələ ilə bağlı AAYDA-ya sorğu ünvanladıq. Qurumdan isə həmin ərazidə məhdudiyyətin olmadığı bildirildi.

Qeyd edək ki, sözügedən yolda aparılan kanalizasiya çəkilişindən sonra yolun səthində hamarlıq pozulmuşdu, çökəklər əmələ gəlmişdi.

Binəqədi yolu bağlandı, sakinlər yolda qaldı — AAYDA-dan reaksiya (FOTOLAR)

Binəqədi yolu bağlandı, sakinlər yolda qaldı — AAYDA-dan reaksiya (FOTOLAR)

Binəqədi yolu bağlandı, sakinlər yolda qaldı — AAYDA-dan reaksiya (FOTOLAR)

Binəqədi yolu bağlandı, sakinlər yolda qaldı — AAYDA-dan reaksiya (FOTOLAR)

Fidan Hacızadə

D
demokrat.az