Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Demokrat.az xəbər verir ki, TBMM sədri bu barədə "X" hesabında paylaşım edib.
"Can Azərbaycanın paytaxtı Bakının düşmən işğalından qurtuluşunun 108-ci ildönümünü ürəkdən təbrik edirəm.
Bu müqəddəs zəfərin qəhrəmanları başda Qafqaz İslam Ordusu Komandanı Nuri Paşa olmaqla əziz şəhidlərimizi və Azərbaycanın istiqlal mübarizəsinə çiyin verən bütün qəhrəmanları minnətdarlıqla və şükranlıqla yad edirəm", - o paylaşımında vurğulayıb.
Qeyd edək ki, bu gün Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrinin işğalından azad edilməsinin 108-ci ildönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Can Azerbaycan’ın başkenti Bakü’nün düşman işgalinden kurtuluşunun 108’inci yıl dönümünü yürekten kutluyorum.
— Numan Kurtulmuş (@NumanKurtulmus) September 15, 2026
Bu kutlu zaferin kahramanları başta Kafkas İslam Ordusu Komutanı Nuri Paşa olmak üzere, aziz şehidlerimizi ve Azerbaycan’ın istiklal mücadelesine omuz veren tüm… pic.twitter.com/F7h8jzanPm
Demokrat.az


