İdman

Erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu — FOTO

Erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu — FOTO

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycanın daha bir təmsilçisi medal qazanıb.

Demokrat.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan yunan-Roma güləşçimiz Sənan Süleymanov final matçına çıxıb.

Həlledici görüşdə macarıstanlı Zotlan Levaiyə 3:1 hesabı ilə qalib gələn Süleymanov karyerasında ilk dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, daha öncə Azərbaycan güləşçilərindən Eldəniz Əzizli 55 kq çəkidə bürünc medala sahib olub.

Demokrat.az

D
demokrat.az