Türk musiqisinin məşhur simalarından olanBülent Ersoynövbəti dəfə səhnə görünüşü ilə diqqətləri üzərinə çəkib.
Güclü səsi və özünəməxsus ifa tərzi ilə illərdir sənət dünyasında adından söz etdirən Ersoy bu dəfə konsertdə seçdiyi qeyri-adi geyimlə gündəmə gəlib.
Alma detallı kostyum
Sənətçi səhnəyəyaşıl tonların üstünlük təşkil etdiyi, alma detallı kostyumlaçıxıb. Geyimin fərqli dizaynı tamaşaçıların diqqətindən yayınmayıb və qısa müddətdə sosial mediada müzakirə olunmağa başlayıb.
Kostyumda ağ rəngli qıvrımlı parça detalları yaşıl astar və uzun yaşıl əlcəklərlə tamamlanıb. Geyimin çiyin hissəsində yerləşdirilən böyük alma fiquru isə səhnə obrazının ən diqqətçəkən detalı olub.
Ersoy makiyajında da yaşıl tonlara üstünlük verərək ümumi görünüşünü kostyumuna uyğunlaşdırıb.
Sosial mediada müzakirə edildi
Bülent Ersoy illərdir musiqisi ilə yanaşı, səhnədəki dəbdəbəli və fərqli geyim seçimləri ilə də maqazin gündəminin diqqət mərkəzindədir.
Məşhur sənətçinin son səhnə obrazı da sosial şəbəkələrdə geniş müzakirə olunub. Ersoyun hər çıxışında fərqli konsept təqdim etməsi onun səhnə üslubunun əsas xüsusiyyətlərindən biri olaraq diqqət çəkir.



Leyla Demokrat.az


