İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) yeni kadr təyinatı olub.
Demokrat.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, bununla bağlı DVX rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Aynur İsmayılova DVX-nin Daxili audit şöbəsinin müdiri təyin olunub.
O, 2025-ci ildən yeni təyinatadək İnformasiya texnologiyaları üzrə Baş auditor vəzifəsində çalışıb. 2024-2025-ci illərdə isə Aztelekom, Baktelekom və AzIntelekomda işləyib.

Demokrat.az


