Maraqlı Özəl

Xaş necə hazırlanır? — Əsl Azərbaycan üsulunun qaydaları

Xaş necə hazırlanır? — Əsl Azərbaycan üsulunun qaydaları

Soyuq havalarda süfrələrin sevilən təamlarından biri də xaşdır. Ənənəvi üsulla hazırlanan bu yemək uzun müddət zəif odda bişirilir və adətən sarımsaq-sirkə sousu və ya abqora ilə süfrəyə verilir.

Demokrat.az xəbər verir ki, xaş hazırlamaq üçün mal ayağı, soğan, dəfnə yarpağı, dənə istiot, duz və sudan istifadə olunur.

Əvvəlcə mal ayaqları ütülür, tükləri və dırnaq hissələri yaxşıca təmizlənir. Ayaqlar bir neçə hissəyə bölünərək bol su ilə yuyulur.

Daha sonra qazana qoyulur, üzərini örtəcək qədər su əlavə edilir və qaynadılır. İlk qaynama zamanı yaranan kəf yığılır. Ardınca su tam boşaldılır və ayaqlar yenidən yuyulur.

Qazana təmiz su əlavə edilir və ayaqlar zəif odda gecədən səhərə qədər bişirilir. Ət sümükdən asanlıqla ayrıldıqda xaş hazır sayılır.

Bişmənin sonuna yaxın bütöv soğan, dəfnə yarpağı, dənə istiot və duz əlavə edilir.

Hazır xaş isti halda sirkə-sarımsaq sousu və ya abqora ilə süfrəyə verilir. Yanında lavaş, təndir çörəyi və ev turşuları təqdim edilə bilər.

Jalə Demokrat.az

D
demokrat.az