Kriminal Özəl

"Məni yarımtikilidə gizlicə videoya çəkmişdi, sonra 1 il boyunca şantaj elədi"

Məni yarımtikilidə gizlicə videoya çəkmişdi, sonra 1 il boyunca şantaj elədi

Bakının Suraxanı rayonunda gənc oğlan yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2007-ci il təvəllüdlü Sadiq 2023-cü ilin avqust ayından 2024-cü ilin aprel ayına qədər olan müddət ərzində müxtəlif vaxtlarda Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən Bülbülə gölünün yaxınlığında olan daş hasarla hasarlanmış yarımtikilinin içərisində yetkinlik yaşına çatmayan Fazilə (adlar şərtidir – red.) ilə görüşüb və onunla mütəmadi olaraq təbii və qeyri-təbii yolla əlaqədə olub.

Sadiqin barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (təkrar on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Fazilə idmanla məşğul olur:

“Zərərçəkmiş şəxs bizimlə eyni məhəllədə oyun oynayırdı. Mən onun yaşını və adını bilməmişəm. Onunla sosial şəbəkələrdə yazışmam olmayıb”.

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş şəxs bacısı ilə onların məhəlləsinə velosiped sürmək üçün gəlib:

“Fazilə mənə boks idman növü ilə məşğul olduğunu söylədi. Mənim Fazilə ilə təklikdə qaldığım vaxt olmayıb. Fazilə ilə aramızda hansısa münaqişə olmayıb. Onun ağzına bibər sürtməmişəm. O, mənim “Instagram” sosial şəbəkəsinə mesajlar yazıb. Mənə söyüş söydüyü üçün onu təhqir etmişəm, sosial şəbəkədə əngəlləmişəm”.

İş üzrə zərərçəkmiş Fazilə bildirib ki, kiçik bacısı Aynurla Bülbülə gölünün yanında şor qırağı deyilən ərazidə velosiped sürmək üçün gedib:

“Sadiqlə orada tanış olmuşam. O, uşaqların ağzına acı bibər sürtüb. Mənim də ağzıma acı bibər sürtdükdən sonra ağlamışam. Bacım anasına zəng edərək Sadiqin ağzımıza acı bibər sürtdüyünü bildirdi. Anam da Sadiqə şillə vuraraq nə üçün bizim ağzımıza acı bibər sürtdüyünü bildirdi. Bu zaman Sadiq balaca qardaşına evdən bıçağını gətirməyi barədə göstəriş verdi. O, təhqiredici ifadələr səsləndirib”.

Zərərçəkmiş deyib ki, onlar evə getdikdən sonra Sadiq “Instagram” sosial şəbəkəsi vasitəsilə ona şor qırağında oynadığımız bağın yanında olan yarımtikiliyə gəlməli olduğunu bildirib:

“Sadiq mənimlə zarafat etdiyini, anamın onu nə üçün vurduğunu bildirdi. Sonra biz yarımtikilidə görüşdük. O, yaxınlaşaraq məni öpməyə başladı. Ətrafdan səs eşitdikdə isə Sadiq yəqin tülkü olduğunu, narahat olmamağımı bildirdi. Mən onu geri itələdim. Evə qayıtdıqdan bir saat sonra Sadiq video görüntü ataraq hədə-qorxu gəldi, onun dediklərini etməsəm, olanları atama deyəcəyini bildirdi. O, dayısının qara maskalı şəxs olduğunu, anamı və atamı yatdıqları yerdə apara biləcəyini bildirdi. O, bütün bunları “Instagram” sosial şəbəkəsi vasitəsilə mənə yazıb. O, özü “Instagram” sosial şəbəkəsindən məni tapıb. Sadiqdən sosial şəbəkədə məni necə tapdığını soruşdum. O, cavab vermədi”.

Fazilənin sözlərinə görə, Sadiq ikinci dəfə onunla görüşüb və onunla istəmədiyi halda cinsi əlaqədə olub:

“Sadiq xəbərim olmadan cinsi əlaqədə olan zaman videomu çəkib. Sonradan o, həmin video ilə məni şantaj etməyə başlayıb. Bu hadisələr ümumilikdə 5 dəfə davam edib. Hadisələr bir il ərzində baş verib. O, mənimlə qeyri-təbii yolla əlaqədə olmayıb”.

Zərərçəkmiş bildirib ki, Sadiqin hərəkətləri barədə böyük bacısına deyib və bacısı olanları anasına deməyi ona təklif edib:

“Mən olanları anama dedikdən sonra biz prokurorluğa şikayət etdik. Sadiq cinsi əlaqədə olan zaman mənə qarşı zorakılıq hərəkətləri etməyib. Mən qorxduğum üçün əvvəlcə polis orqanlarına şikayət etməmişəm. Sadiq başqa bir nəfərlə də cinsi əlaqədə olmuşam. Bu da Bəhram adlı şəxs olub”.

Zərərçəkmiş bildirib ki, Sadiqlə xatırlamadığı tarixdə axşam saatlarında görüşüb və onunla həmişə eyni yerdə görüşü olub:

“Sadiqlə gecə saat 1-2 radələrində də görüşmüşəm. Gecə vaxtı görüşən zaman anam və atamdan gizlin çölə çıxmışam. Sadiq məni təhdid etdiyi üçün anam və atamdan gizli evdən çölə çıxmışam. Sadiq və Bəhramla eyni vaxtda görüşməmişəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq 2 il 6 ay müddətinə dövlət və özəl təlim-tərbiyə müəssisələrində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

D
demokrat.az