55 saylı Xaçmaz şəhər dairəsindən deputatlığa namizəd olmuş əməkdar jurnalist Azər Həsrət seçkilərdə uduzması ilə bağlı fikirlərini bölüşüb.
Demokrat.az xəbər verir ki, Azər Həsrət seçkilərdə uduzmasına görə dövlətdən küsmədiyini bildirib:
“Kimsə, heç bir durum bizi dövlətimizdən küsdürə bilməz! Bizim əxlaqımızda dövlətdən küsmək yoxdur, ola da bilməz! Genimiz, qanımız bizə heç vaxt imkan vermədi, verməz də bunu etməyə! Bir deyil, min deputat mandatı və onu saxta yolla əldə edənlər qurban olsun dövlətimə və millətimə! Biz bir ölər, min dirilərik! Hələ gözləyin! Bitmədik, bitəcək dürdən də deyilik!”.



