İran rəsmiləri tələb edirlər ki, TRIPP-in təhlükəsizliyi ya yalnız Ermənistan silahlı qüvvələri, ya da Ermənistan ərazisində artıq mövcud olan üçüncü bir ölkənin silahlı qüvvələri (burada açıq şəkildə Rusiya silahlı qüvvələri nəzərdə tutulur) tərəfindən təmin edilməlidir. (Burada açıq şəkildə Rusiyanın Ermənistandakı hərbi bazası nəzərdə tutulur) Demokrat.az xəbər verir ki, bu haqda erməni KİV-ləri hakimiyyət mənbələrinə istinadən məlumat yayıblar.
"Tehran bununla ABŞ qoşunlarının öz sərhədləri yaxınlığında yerləşdirilməsinin qarşısını almağa çalışır. Əks təqdirdə, gərginləşən münaqişə fonunda İran tərəfi ABŞ hərbi kongintentini legitim hədəf kimi qəbul edəcək", - məlumatda belə deyilir.
Ekspertlər hesab edirlər ki, bu hal İrəvanın onsuz da "iflic vəziyyətində" olan əsas xarici siyasət xəttini həyata keçirilməsini ciddi şəkildə çətinləşdirəcək.
Alparslan


