Sosial mediada son günlərin diqqətçəkən trendlərindən biri 80-lər axını olub. İstifadəçilər bu gün çəkilmiş fotolarını süni intellekt alətləri vasitəsilə dəyişdirərək özlərini 1980-ci illərdə yaşamış kimi göstərən nostalji görüntülər yaradırlar.
Demokrat.az xəbər verir ki, xüsusilə “Instagram” və “TikTok”da paylaşılan retro fotolar qısa müddətdə böyük maraq doğurarkən, “80-ci illərdə necə görünərdim?” sualı da süni intellekt istifadəçilərinin ən çox maraqlandığı mövzulardan birinə çevrilib. Bəs 80-lər axını nədir, “ChatGPT” ilə 80-lər fotosu necə hazırlanır və hansı komandalardan istifadə etmək olar?
Sosial mediada süni intellekt dəstəkli 80-lər axını gündəmə gəlib. “Instagram” və “TikTok” istifadəçiləri bu gün çəkilən fotolarını süni intellekt alətləri vasitəsilə dövrün saç düzümü, geyim, makiyaj və foto estetikasına uyğunlaşdıraraq “80-ci illərdə necə görünərdim?” sualına cavab axtarırlar. Nostalji görüntülərin qısa müddətdə yayılması ilə 80-lər fotosunun hazırlanma üsulu və istifadə edilə biləcək süni intellekt komandaları da maraq doğurub. Bəs “Instagram”da 80-lər axını nədir, “ChatGPT” ilə 80-lər fotosu necə hazırlanır?
80-lər axını nədir?
80-lər axını günümüzdə çəkilmiş fotoların süni intellekt vasitəsilə həmin dövrün moda və foto estetikasına uyğun şəkildə yenidən hazırlanmasına əsaslanır. İstifadəçilər öz fotolarını yükləyərək saç düzümü, geyim, aksesuar, işıqlandırma və arxa plan kimi detallarda 1980-ci illərin üslubunun əks olunmasını tələb edə bilirlər.
Nəticədə dövrə xas saç düzümləri, rəngarəng geyimlər, çiyinləri iri göstərən pencəklər, böyük aksesuarlar və analoq foto teksturası kimi elementlərdən istifadə oluna bilər. Beləliklə, adi bir foto keçmişdə çəkilmiş studiya portreti görüntüsünə çevrilə bilər.
Axının diqqət çəkməsinin əsas səbəblərindən biri isə fərdiləşdirmə imkanlarıdır. İstifadəçilər sadəcə hazır filtrdən istifadə etmək əvəzinə öz fotoları üzərindən “Keçmişdə yaşasaydım necə görünərdim?” sualına vizual cavab əldə edə bilirlər.
“ChatGPT” ilə 80-lər fotosu necə hazırlanır?
“ChatGPT” vasitəsilə 80-lər konseptində foto yaratmaq üçün ilk növbədə dəyişdirmək istədiyiniz fotonu söhbət pəncərəsinə yükləmək lazımdır. Daha sonra süni intellektə istədiyiniz dövrü və vizual üslubu təsvir edən komanda yaza bilərsiniz.
Daha uğurlu nəticə əldə etmək üçün yalnız “Məni 80-ci illərə apar” kimi qısa ifadədən istifadə etmək əvəzinə saç düzümü, geyim, işıqlandırma, arxa plan və foto teksturası kimi detalları qeyd etmək faydalı ola bilər.
80-lər axını üçün hansı prompt istifadə olunur?
Axına qoşulmaq istəyənlər fotolarını yüklədikdən sonra aşağıdakı komandadan istifadə edə bilərlər:
“Bu fotomu 1980-ci illərin ortalarında çəkilmiş studiya portreti kimi yenidən hazırla. Üz cizgilərimi və ümumi görünüşümü mümkün qədər qoruyub saxla. Dövrə uyğun saç düzümü, geyim və aksesuarlardan istifadə et. Analoq foto hissi, yüngül plyonka qranulyasiyası, dövrün studiya işıqlandırması və retro arxa plan əlavə et. Görüntü realistik və təbii görünsün.”
Buradakı ifadələr istəyə uyğun dəyişdirilə bilər. Məsələn, istifadəçilər konkret il, geyim, saç düzümü və ya foto konsepti müəyyənləşdirərək daha fərdi nəticə əldə edə bilərlər.
“80-ci illərdə necə görünərdim?” konsepti üçün fotonu yüklədikdən sonra birbaşa bu tip komandadan da istifadə etmək mümkündür:
“Bu fotodakı şəxsi dəyişdirmədən, 1980-ci illərdə yaşayan bir insanın portreti formasında yenidən hazırla. Üzünü və əsas fiziki xüsusiyyətlərini qoruyub saxla. 80-ci illərin saç düzümü, moda və aksesuarlarından istifadə et. Foto 1980-ci illərdə peşəkar foto studiyasında çəkilmiş kimi görünsün. Analoq plyonka teksturasını və dövrün rənglərini təbii şəkildə əks etdir.”
Bu tip komandalarda “üzümü qoruyub saxla” və ya “şəxsi dəyişdirmə” kimi ifadələrdən istifadə etmək şəxsin mövcud görünüşünün mümkün qədər qorunmasını tələb etməyə kömək edə bilər.
80-lər axınında daha real nəticə üçün nə etmək lazımdır?
Süni intellektə verilən komanda nə qədər aydın olarsa, yaradılmaq istənilən görüntünün detallarını yönləndirmək də bir o qədər asanlaşa bilər. Buna görə yalnız “80-lər üslubunda hazırla” demək əvəzinə fotonun necə görünməsini istədiyinizi ətraflı təsvir edə bilərsiniz.
Xüsusilə il və ya dövr, saç düzümü, geyim, aksesuar, arxa plan, işıqlandırma, foto növü və analoq plyonka teksturası kimi detalların qeyd edilməsi yaradılacaq görüntünün konseptini daha dəqiq müəyyənləşdirə bilər.
Bundan əlavə, üzün aydın göründüyü, keyfiyyətli və mümkün qədər yüksək təsvir ölçüsünə malik fotodan istifadə etmək də çevrilmənin daha uğurlu alınması baxımından əhəmiyyətli ola bilər.

Jalə Demokrat.az

