Gündəm

"Biz bu sınaqdan ləyaqətlə çıxmağı bacardıq" — Bahar Muradova

Biz bu sınaqdan ləyaqətlə çıxmağı bacardıq — Bahar Muradova

Azərbaycan Respublikasının Milli Məclisinə 2020 ci il fevralın 9 na təyin edilmiş seçkilər başa catdı.Artıq Vl cağırış Milli Məclisin üzvləri bəllidir.Hər zaman olduğu kimi bu dəfə də Yeni Azərbaycan Partiyası parlament coxluğunu qazandı.

Demokrat.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin sabiq müavini Bahar Muradova özünün "facebook" səhifəsində qeyd edib.

B.Muradova seçki nəticələrini şərh edərkən vurğulayıb ki, çoxpartiyalı əsasda və eləcə də müstəqil namizədlərdən ibarət yeni tərkib demokratik, şəffaf azad seçkilərdə, vətəndaşların yüksək aktivliyi şəraitində və geniş rəqabət mühitində formalaşdı.

"Xalqımızın minilliklərlə mövcud olan qədim məşvərət mədəniyyətinə və 100 ildən artlq parlamentarizm ənənəsinə söykənən müasir Azərbaycan Parlamentinə kecirilən bu seckilər coxminli xarici və daxili izləyicilərin cox intensiv müşahidəsi şəraitində hamımız ücün məsuliyyətin və öz taleyinə cavabdehliyin növnəti sınağı oldu. Və biz bu sınaqdan da cıxmağı bacardıq.Müstəqil Azərbaycan Dövlətinin ətrafında Ümummilli Liderimiz HEYDƏR ƏLİYEVİN ideyaları ilə "Daha güclü Azərbaycan naminə" birləşə bildik.

Ölkə Prezidentinin daha yüksək zirvələr uğrunda həyata kecirdiyi islahatlar prosesinin tərkib hissəsi olmaq ücün xalqdan mandatımızı yeniləyərək yenidən formalaşdıq."

Sabiq vitse-spiker ümid edir ki, qısa müddətdən sonra öz işinə başlayacaq müstəqilliyin bərpasından sonra altıncı dəfə formalaşan Azərbaycan Parlamenti ona olan bütün ümidləri doğruldacaq.Xalqımızın və dövlətinizin mənafeyi naminə qanunların qəbulu, onların icrasına nəzarət və vətəndaşları təmsil etmək kimi vacib funksiyalarının yerinə yetirilməsi ücün öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Sonda seçki münasibəti ilə xalqımızı təbrik edib, yeni tərkibə uğurlar arzulayan B.Muradova seçicilərə təşəkkür edib.

Bu münasibətlə xalqımızı ürəkdən təbrik edir, yeni tərkibə uğurlar arzulaylr, secicilərə isə təşəkkürümü bildirirəm.

Demokrat.az

D
demokrat.az