Sosial

Daşlara həkk olunan məsuliyyətsizlik — Şuşadan reportaj

Daşlara həkk olunan məsuliyyətsizlik — Şuşadan reportaj

Xəbər verdiyimiz kimi Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova qurumun adından ictimaiyyətə müraciət edib.

Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil:

“Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq”.

Mövzu ilə bağlı Baku Tv-nin hazırladığı reportajı təqdim edirik:

D
demokrat.az