“Qala Sığorta” ASC səyahətə hazırlaşan şəxslərə sığorta xidmətindən onlayn və rahat şəkildə yararlanmaq imkanı təqdim edir.
Şirkətdən Demokrat.az-a verilən məlumata görə, səyahət sığortasını “Qala Sığorta”nın veb-saytı vasitəsilə cəmi bir kliklə onlayn əldə etmək mümkündür. Bu imkan müştərilərə sığorta rəsmiləşdirilməsi üçün əlavə vaxt itirmədən səfər öncəsi zəruri təminatı əldə etməyə şərait yaradır.
Şirkət səyahət planı olan şəxsləri səfərdən əvvəl sığorta təminatını rəsmiləşdirməyə çağırır.
Səyahət sığortası və digər xidmətlər barədə ətraflı məlumat almaq üçün Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanı ilə, eləcə də *4000 "qaynar xətt" nömrəsi ilə “Qala Sığorta” ASC-yə müraciət etmək mümkündür.
Demokrat.az


