ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının dəyişdirilərək “Tramp boğazı” adlandırılmasını təklif edib.
Demokrat.az xəbər verir ki,Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib. O, ABŞ-ın strateji su yolu üzərində nəzarəti olduğunu iddia edərək “Hörmüz boğazının adını TRUMP STRAIT olaraq dəyişdirməliyikmi?” sualını ünvanlayıb.
Ağ Ev də daha sonra sosial şəbəkədə Hörmüz boğazının “Tramp boğazı” kimi göstərildiyi xəritə paylaşaraq təklifə dəstək ifadə edib.
Qeyd edək ki, Tramp son həftələrdə Hörmüz boğazı ilə bağlı ABŞ-ın nəzarətini və hətta ərazi üzərində suverenlik iddiasını gündəmə gətirib. Lakin sentyabrın 2-də jurnalistlərin sualını cavablandırarkən boğazın adını dəyişdirmək fikrinin ciddi olub-olmadığı soruşulduqda, bunun sadəcə ortaya atılmış fikir olduğunu bildirib.
Hörmüz boğazında ABŞ və İran arasında gərginliyin artdığı bir vaxtda səsləndirilən bu təklif beynəlxalq diqqət çəkib.


