Dünya

Putin xalqı hər şeyə hazır olmağa çağırdı

Putin xalqı hər şeyə hazır olmağa çağırdı

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin üzləşə biləcəyi təhlükələrlə bağlı diqqətçəkən bəyanat verib.

Dövlət başçısı Rusiyanın hər an hər cür ssenariyə hazır olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ölkənin bu cür hazırlıqlı olması xarici təhdidlərin qarşısını alan əsas amildir.

Putin bildirib ki, yalnız tam hazırlıqlı olmaqla Rusiyaya zərər vurmaq istəyən qüvvələri bu fikirdən daşındırmaq mümkündür. Bəyanat regionda təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəldiyi vaxta təsadüf edir.

Demokrat.az

D
demokrat.az