Kriminal

Bakıda zəncirvari qəza törədən şəxs günlərdir qaçırdığı qızla maşında qalırmış

Bakıda zəncirvari qəza törədən şəxs günlərdir qaçırdığı qızla maşında qalırmış

Sabunçu rayonunun Maştağa qəsəbəsində “Khazar” markalı avtomobil bir neçə maşını əzib. Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər şey gəncin bir neçə gün əvvəl tanış olduğu qızı qaçırması ilə başlayıb. Cütlük günlərlə həmin avtomobildə yaşayıb. Qızın anası övladının tapılması üçün polisə müraciət edib. Ananın rəfiqəsitərəfləri barışdırmaq adı ilə onları görüşə çağırıb.

Rüstəm deyilən ünvana yaxınlaşanda orada polis maşınını görüb. O, ərazidən sürətlə uzaqlaşmaq istəyərkən idarəetməni itirərək zəncirvari qəza törədib.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R.Həbibov 10 sutka müddətinə inzibati həbs edilib. (qafqazinfo)

Demokrat.az

D
demokrat.az