Sosial

Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi

Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi

Tanınmış diktor, Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib.

Bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov sosial media hesabında məlumat yayıb.

“103 illik ömür, Azərbaycan radiosuna onilliklər boyu xidmət və milyonlarla dinləyicinin yaddaşında qalan unikal bir səs...

Allah rəhmət eləsin”, - deyə o qeyd edib.

Demokrat.az

D
demokrat.az