Xarici siyasət Özəl

Putin: "Qarabağ məsələsinin həlli Ermənistana böyük üstünlüklər qazandırıb"

Putin: Qarabağ məsələsinin həlli Ermənistana böyük üstünlüklər qazandırıb

Putin Qarabağ ətrafındakı vəziyyətin həllinin Ermənistan üçün yaradacağı üstünlükləri vurğulayıb.

Demokrat.az-ın məlumatına görə, o, bu fikirləri Bişkekdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

"Ermənistanın hazırkı rəhbərliyinin bu qərarının müəyyən üstünlükləri ola bilər. Belə ki, mövcud vəziyyət yeni səhifə açmağa və gələcəkdə münaqişə olmadan irəliləməyə imkan verir", - deyə Putin bildirib.

Vladimir Putin əlavə edib ki, münaqişə həll olunduqdan sonra insanlar yeni məkanlarda həyatlarını yenidən qura biləcək, münaqişə nəticəsndə illərdir bağlı qalmış infrastrukturu işə sala biləcək, yeni iqtisadi yola qədəm qoyacaq, bağlı sərhədləri investisiyalar üçün aça biləcəklər.

"Bütün bunlar inkişafın əsas stimuludur. Əslində isə üstünlüklər saydıqlarımızdan daha çoxdur", - deyə Rusiya prezidenti fikrini yekunlaşdırıb.

Alparslan Demokrat.az

D
demokrat.az