Ermənistanda hökumətin strukturuna və fəaliyyətinə dair qanuna edilən dəyişiklik sentyabrın 1-dən qüvvəyə minib.
Ermənistan mətbuatının yaydığı məlumata görə, qanunvericiliyə edilən dəyişikliklə Xarici İşlər Nazirliyinin adı yenilənib.
Beləliklə, qurum bundan sonra Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi adlandırılacaq.
Dəyişiklik hökumətin strukturunda xarici ticarətlə bağlı səlahiyyətlərin də ayrıca şəkildə vurğulanmasını nəzərdə tutur.


