Xalq Bank yeni tədris ilinə hazırlığı XalqKart sahibləri üçün daha sərfəli edən xüsusi kampaniya təqdim edir. 1–30 sentyabr 2026-cı il tarixlərini əhatə edən “Məktəbə qayıdış” kampaniyası çərçivəsində XalqKart ilə 5 kateqoriya üzrə alış-veriş edən müştərilər 5 % keşbek və ya bonus qazanacaqlar.
Kampaniya çərçivəsində kitab və dəftərxana ləvazimatları, kompüter və digər elektronika məhsulları, gül və hədiyyə, həmçinin şirniyyat mağazalarında XalqKart Petrol ilə edilən alış-verişlərə 5 % Oil bonusu, XalqKart Cashback ilə həyata keçirilən ödənişlərə isə 5 % keşbek hesablanacaq.
Qeyd edək ki, XalqKart Petrol kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricində apardıqları nağdsız ödənişlər zamanı 3 % bonus qazanaraq topladıqları Oilləri ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2 % keşbek qazandırır. Əlavə olaraq, hər 2 kartın təqdim etdiyi üstünlüklər aşağıdakılardır:
- AZN qalığına illik 7 % gəlir;
- ölkədaxili bütün kartlara aylıq 3000 AZN-dək komissiyasız köçürmə;
- aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma.
Hazırda davam edən kampaniya çərçivəsində XalqKart müştərilərə pulsuz təqdim edilir. XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az// səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.


