Şou-biznes Özəl

Sərdar Ortaçın keçmiş xanımı ana olacaq

Sərdar Ortaçın keçmiş xanımı ana olacaq

Türk müğənni Sərdar Ortaçla 5 illik evliliyini 2019-cu ildə başa vuran Koe Lafnan hamilədir.

Demokrat.az xəbər verir ki, irlandiyalı model 2014-cü ildə müğənni Sərdar Ortaçla ailə həyatı qurub. Evlilikləri dövründə verdiyi müsahibələrdə ata olmaq istədiyini dəfələrlə dilə gətirən Sərdar Ortaç həyat yoldaşından müsbət cavab almayıb. Cütlük fikir ayrılıqlarını əsas gətirərək 2019-cu ildə boşanıb.

Koe Lafnan 2022-ci ildə memar Ferqus Hennessi ilə münasibətə başlayıb. Lafnan dünən sosial media hesabında paylaşım edərək ana olmağa hazırlaşdığını açıqlayıb.

Hamiləlik görüntülərini paylaşan Xloe Lafnan fotonun altına “İndiyədək yaşadığım ən sevimli mərhələ” qeydini yazıb.

Koe Lafnan 2023-cü ildə sevgilisindən evlilik təklifi alıb və “hə” cavabını verib.

Jalə Demokrat.az

D
demokrat.az