Maraqlı Özəl

Ən gözəl içli köftə resepti: Necə hazırlanır?

Ən gözəl içli köftə resepti: Necə hazırlanır?

“MasterChef Türkiye”nin yeni bölümündə iştirakçılar ən gözəl içli köftəni hazırlamaq üçün yarışıb.

Demokrat.az xəbər verir ki, tamaşaçılar da öz mətbəxlərində içli köftə hazırlamağa başlayıblar.

Bəs içli köftənin resepti nədir? Necə hazırlanır?

Türk mətbəxinin yeməklərini sevənlərin mütləq sınamalı olduğu içli köftə özünəməxsus ətri və ağızda dağılan yumşaq quruluşu ilə xüsusi dad kimi seçilir. Bəs içli köftə necə hazırlanır? İçli köftə hazırlayarkən nələrə diqqət edilməlidir? “MasterChef”də ördək ətli içli köftə, evdə isə klassik içli köftə hazırlanıb. Budur, ən gözəl içli köftə resepti!

İçli köftə üçün ərzaqlar

* 2 stəkan bulqur * 1 xörək qaşığı duz * 1 xörək qaşığı pul bibər * Su * 250 qram dana qiyməsi * 1 ədəd orta ölçülü soğan * 1 ovuc şam fıstığı * Duz * Qara istiot

Hazırlanması

Bir qabda bulquru duz və pul bibərlə qarışdırın. Üzərinə su əlavə edin və xəmir konsistensiyası alınana qədər qarışdırın. Xəmiri yaxşıca yoğurun.

Ayrı bir qazanda qiyməni qovurun. Soğanı doğrayıb qazana əlavə edin və qovurmağa davam edin. Şam fıstığını əlavə edib qarışdırın. Duz və qara istiot əlavə edin.

Əlinizin içi böyüklüyündə porsiyalar götürərək içlikləri hazırlayın. Xəmirdən ovuc içində parça götürün, barmaqlarınızın köməyi ilə içini oyaraq açın. Hazırladığınız qiyməli içliyi xəmirin içinə qoyun və ağzını bağlayın. Köftələri qızmar yağda qızardın.

Jalə Demokrat.az

D
demokrat.az