Ermənistanın keçmiş prezidenti Robert Koçaryan məhkəmə iclasının başlanmasından təxminən yeddi saat sonra yenidən xəstəxanaya yerləşdirilib.
Bu barədə yerli KİV xəbər verib.
"İclas davam edir. Həkimlər onun (Robert Koçaryanın - red.) məhkəmə zalında deyil, xəstəxanada olmasını düzgün hesab ediblər. Vəkillər işini davam etdirəcəklər, düşünürəm ki, məhkəmə səhərə qədər qərar çıxaracaq", - deyə Robert Koçaryanın oğlu Levon məhkəmə binasının qarşısında bildirib.
Avqustun 25-də Koçaryanın ofisinin rəhbəri keçmiş prezidentin Antikorrupsiya Komitəsinin binasından xəstəxanaya aparıldığını açıqlamışdı. Levon Koçaryan sonradan atasının iki həftə əvvəl ürəyinə stent qoyulması proseduru keçirdiyini bildirmişdi. (Oxu.Az)
Demokrat.az


