Texnologiya Özəl

Yeni "iPhone"un təqdimat tarixi açıqlandı

Yeni iPhoneun təqdimat tarixi açıqlandı

"Apple" şirkəti yeni məhsulların təqdimatını sentyabrın 9-da keçirəcək.

Demokrat.az xəbər verir ki, bu barədə korporasiyanın saytında məlumat verilib.

Təqdimat Sakit okean vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 21:00) başlayacaq və onlayn yayımlanacaq. Tədbirin şüarı “Sürpriz və parıltı” olacaq. Şirkət təqdim ediləcək yeniliklərin konkret olaraq nələr olduğunu açıqlamayıb.

"Bloomberg" yazır ki, sentyabr təqdimatında "iPhone 18 Pro", "iPhone 18 Pro Max", həmçinin şirkətin ilk qatlanan smartfonunun təqdim olunacağı gözlənilir. KİV-də bu cihaz "iPhone Ultra" və "iPhone Fold" adları ilə hallanır.

İddialara görə, flaqman smartfonlar yeni "Apple A20 Pro" prosessorları və 12 GB operativ yaddaşla təchiz ediləcək. Analitik Minq-Çi Kuonun məlumatına görə, təqdimatı 2027-ci ilin yazında gözlənilən baza "iPhone 18" və "iPhone 18e" modellərində isə 9 GB operativ yaddaş ola bilər.

Bundan əlavə, "Apple"ın gələn ilin yazında yüngülləşdirilmiş smartfon seriyasının yeni nəsli olan "iPhone Air" modelini təqdim edəcəyi gözlənilir.

Jalə Demokrat.az

D
demokrat.az