Çinli geoloqlar Pinçzyan dairəsində qızıl damarı ilə qarşılaşıblar. Onlar o qədər yüksək qızıl tərkibli süxurlar aşkarlayıblar ki, bu kəşf bütün mədən sənayesi üçün son dərəcə nadir hadisəyə çevrilə bilər.
Demokrat.az xəbər verie ki, “Daily Galaxy”nin yazdığına görə, qazma briqadaları bir neçə ay ərzində yalnız dağ süxurları ilə qarşılaşıblar. Lakin bəzi nümunələrin təhlili zamanı olduqca yüksək qızıl tərkibi müəyyən edilib. Nümunələrdən birində bir ton süxura 138 qram qızıl düşüb.
Nəşr izah edib ki, ən gəlirli qızıl mədənlərində filizin bir tonunda 1-3 qram qızıl olur. Yalnız ən böyük qızıl yataqlarında bir ton filizdə 10 və ya daha çox qram qızıl aşkarlanır.
2024-cü ilin noyabrında Xunan əyalətinin Geologiya Bürosunun nümayəndələri Vanqu qızıl yatağının altında 1 000 tondan çox qızıl aşkar etdiklərini açıqlamışdılar. Onlar həmçinin səthin 3 000 metr dərinliyinə qədər uzanan 40 ayrı qızıl tərkibli filiz damarının xəritəsini hazırladıqlarını bildirmişdilər.
Mütəxəssislərin sözlərinə görə, həmin damarlarda 300 ton qızıl ehtiyatı var. Onun dəyəri təxminən 83 milyard dollar qiymətləndirilir.
Filiz yataqlarının kəşfiyyatı üzrə ekspert Çen Jylin bildirib ki, təxminən 2 000 metr dərinlikdən götürülən qazma nüvələrində yalnız mikroskopik qızıl konsentrasiyaları deyil, görünən qızıl da aşkarlanıb.
Briqadalar xəritələndirilmiş ərazinin perimetri boyunca ümumilikdə 65 kilometrdən çox kəşfiyyat quyusu qazıblar. Mütəxəssislər bu ərazidə əlavə minerallaşma zonalarını aşkar etməkdə davam edirlər.
Nəşrin məlumatına görə, nəhəng yatağın mövcudluğu təsdiqlənərsə, Çin öz daxili qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu isə ölkənin xarici tədarükçülərdən asılılığını azaldacaq və Çinə dünya qızıl tədarükünə daha böyük təsir imkanları verəcək.
Qızılın bir neçə əsas istifadə sahəsi var. Ondan külçələr və zinət əşyaları hazırlanır. Bundan əlavə, qiymətli metal müxtəlif texnologiyalarda da istifadə olunur.
Daha əvvəl Qananın sahillərində kanadalı mütəxəssislər onları Atlantik okeanının dibinə aparan kəşf ediblər. “GoldCoast Resource” şirkətinin mütəxəssisləri qum nümunələrində qızıl aşkarladıqdan sonra perspektivli layihə çərçivəsində açıq dənizdə axtarışları genişləndirirlər.
Görünən qızıl Qana sahilləri boyunca təxminən 50 kilometr məsafədə yerləşən bir neçə nöqtədən götürülmüş qum nümunələrində aşkarlanıb. İndi kanadalı mütəxəssislər Atlantik okeanının altında gizlənən ehtiyatların miqyasını müəyyənləşdirməyə çalışırlar.
Jalə Demokrat.az


