Dünya Özəl

Paşinyandan "beşinci kolona" ağır zərbə: Köçəryanlara aid şirkətlər möhürləndi

Paşinyandan beşinci kolona ağır zərbə: Köçəryanlara aid şirkətlər möhürləndi

Ermənistanın Anti-inhisar Komitəsinin əməkdaşları hazırda "Orange Fitness" şirkətinin ofisində axatrış aparırlar.

Demokrat.az xəbər verir ki, məlumata görə, şirkətə məxsus "Toyota - Armenia"nın nİrəvan ofisi artıq möhürlənib.

Xatırladaq ki, bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları deputat Levon Koçaryanın evinə gələrək onu və atası Robert Köçəryanı Korrupsiya ilə Mübarizə Komitəsinə aparıblar.

Onu da əlavə etmək lazımdır ki, Robert Koçaryanın böyük oğlu Sedrak Koçaryan "Toyota" şirkətinin səhmdarıdır.

Yayılan məlumatlara əsasən, Köçəryanlara məxsus digər şirkətlərdə də axatarışların aparılacağı gözlənilir. Həmçinin qeyd olunur ki, "beşinci kolonun" Ermənistandakı başqa rəhbərlərinə qarşı da belə əməliyyatlar icra oluna bilər.

Qeyd edək ki, Nikol Paşinyan dünən hüquq-mühafizə orqanlarına ölkədəki "beşinci kolonun" maliyyə dayaqlarını sarsıtmaq üçün güc strukturlarına göstəriş vermişdi.

Alparslan Demokrat.az

D
demokrat.az