Sosial

Lənkəran xəstəxanasına yeni direktor təyin olundu — FOTO

Lənkəran xəstəxanasına yeni direktor təyin olundu — FOTO

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni direktor təyin olunub.

Demokrat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb.

Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad RMX-nin, 2020-2025-ci illərdə isə Astara RMX-nin direktoru vəzifələrində çalışıb.

Xatırladaq ki, bundan əvvəlLənkəran RMX-nin direktoru Nuridə Məmmədova olub.O bu ayın əvvəlində yaşayış yerini dəyişməsi ilə əlaqədar öz istəyi ilə tutduğu vəzifədən azad olunub.

Fotoda Oktay Əmənullayev

Lənkəran xəstəxanasına yeni direktor TƏYİN OLUNDU - FOTO

Demokrat.az

D
demokrat.az