Kriminal Özəl

Bakıda ərindən gizli telefon işlədən qadın döyüldü

Bakıda ərindən gizli telefon işlədən qadın döyüldü

Bakının Suraxanı rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda baş verib.

Şərur rayon sakini, 1984-cü il təvəllüdlü İntiqam nömrəsiz fərdi yaşayış evində arvadı Zəminə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, İntiqam məlum hadisə günü arvadının ondan xəbərsiz əlavə telefon işlətdiyini bilib və bunu ona irad kimi bildirib. Qadın isə telefonun rəfiqəsinin olduğunu deyib və ərini aldadıb.

Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı İntiqam qəsdən yumruqla arvadının göz və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.

İntiqama qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə izahat verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu, dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxslə barışdığını bildirib.

Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə İntiqamın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az