Dünya

Qazaxıstanda Kurultay seçkiləri: Seçici fəallığı 72 faizi ötüb

Qazaxıstanda Kurultay seçkiləri: Seçici fəallığı 72 faizi ötüb

Qazaxıstanda Kurultaya seçkilər zamanı seçici fəallığı 72,15 faizə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK bildirib ki, saat 18:00-a qədər 9 milyon 95 min 298 seçici səsvermədə iştirak edib. Bu rəqəm seçici siyahısına daxil edilən vətəndaşların ümumi sayının 72,15 faizinə bərabərdir.

Ən yüksək seçici fəallığı Türküstan vilayətində qeydə alınıb – 90,17 faiz. Jetısu vilayətində bu göstərici 89,69, Qızılordada 88,09, Şərqi Qazaxıstanda isə 85,43 faiz olub.

Ən aşağı fəallıq Almatı şəhərində qeydə alınıb. Burada seçicilərin 41,06 faizi səsverməyə qatılıb. Paytaxt Astanada isə göstərici 49,87 faiz təşkil edib.

Bundan başqa, müvəqqəti yaşayış və ya səfər yerlərində yaradılmış 548 seçki məntəqəsində səsvermə artıq başa çatıb.

Demokrat.az

D
demokrat.az