Həyatda başlarına nə gəlirsə gəlsin, heç nə olmamış kimi yaşamağa davam edən və dik dayanan insanları tanıyırsınızmı? Bəzilərimizdən fərqli olaraq onlar incikliklərini günlərlə düşünüb eyni söhbətləri beynlərində təkrar-təkrar yaşamırlar. Biz onların heç üzülmədiyini düşünsək də, əslində ağrılarından güc alır və məyusluğun bütün həyatlarını ələ keçirməsinə imkan vermirlər. Bəs hansı bürclər qırılsalar belə yollarına davam edirlər?
Əqrəb
Əqrəb bürcü incinəndə ilk reaksiyası unutmaq deyil, baş verənləri anlamağa çalışmaqdır. Kimin nə etdiyini, niyə etdiyini və özünün harada səhv etdiyini uzun-uzadı düşünə bilər. Lakin müəyyən bir nöqtədə qarşısındakı insanın əsl üzünü gördüyünə inanarsa, artıq həmin şəxsi həyatında saxlamaq üçün səy göstərməyi dayandırır. Onu güclü edən əsas xüsusiyyət də məhz budur: Bir vaxtlar çox dəyər verdiyi insana qarşı belə emosional qapısını tamamilə bağlaya bilər.
Üstəlik, Əqrəbin susqunluğu çox vaxt yanlış başa düşülür. Kənardan baxanda heç nə olmamış kimi görünür və bu, onun üzülmədiyini düşünməyimizə səbəb olur. Halbuki Əqrəb geri qayıtmaq, hesab soruşmaq və ya özünü yenidən qəbul etdirmək əvəzinə enerjisini özünə yönəldir. Beləcə, nə olursa-olsun həyatını dayandırmadan yoluna davam edir!
Oxatan
Oxatan üçün həyat davam edərkən bir kədərin içində ilişib qalmaq olduqca yorucudur. Münasibəti bitmiş, dostluğu pozulmuş və ya gözlədiyi bir şey baş verməmiş ola bilər. Əylənməyə davam etsə də, əlbəttə ki, üzülür. Ancaq bir müddət sonra özünü çölə atmaq, dostları ilə görüşmək, yeni bir plan qurmaq və ya əvvəllər heç sınamadığı bir şeyin ardınca getmək ona daha yaxşı təsir edir. Diqqətini yenidən həyata yönəltməyi yaxşı bacarır! Onu fərqləndirən isə keçmişə qayıdıb“Harada səhv etdim?”sualına sonsuza qədər ilişib qalmamasıdır. Oxatan yaşananları dəyişə bilməyəcəyini düşündüyü anda qəbul etməyə yönəlir. Məhz buna görə vaxtilə çox sevdiyi biri artıq həyatında olmaya bilər, amma bu vəziyyət onun yeni macəralara yönəlməsinə heç vaxt mane olmur!
Oğlaq
Oğlaq bürcü incinəndə hisslərini hər kəsin qarşısında yaşamağı sevmir! Xüsusilə güclü görünməyə alışdığı üçün yaşadığı məyusluğu çox vaxt öz daxilində həll etməyə çalışır. Bir müddət daha sakit, məsafəli və ya özünə qapalı ola bilər. Lakin həyatındakı nizamı yenidən qurmağa başladıqda, emosional baxımdan nə qədər çətinlik çəksə də, işinə, məqsədlərinə və öz planlarına qayıtmağı bacarır.
Oğlaq üçün ən vacib məqamlardan biri yaşadığı hadisənin gələcəyini müəyyən etməsinə icazə verməməsidir. Kiminsə onu yarı yolda qoyması öz yolundan vaz keçməsi üçün kifayət qədər səbəb deyil. Hətta bəzən ən böyük toparlanmasını heç kimə demədən həyata keçirir. Siz“Heç üzülmədi?”deyə düşünərkən bir gün görürsünüz ki, o, ağrısından güc alaraq çoxdan yeni bir məqsəd müəyyənləşdirib və həyatını yenidən qurmağa başlayıb!
Dolça
Dolça bürcü incinəndə ən diqqətçəkən xüsusiyyəti emosional olaraq özünü tamamilə bir insana həsr etməməsidir. Sevdiyi insanlara dəyər verir, amma eyni zamanda öz dünyasını, dostluqlarını, maraq dairələrini və azadlığını da qoruyur. Buna görə də münasibət və ya dostluq bitəndə həyatının bütün hissələri eyni anda dağılmır. Bir müddət əhvalı pozulsa belə, özünə aid sahələrə qayıdaraq toparlana bilir.
Üstəlik, Dolça eyni məyusluğu ikinci dəfə yaşamamaq üçün sərhədlərini olduqca aydın müəyyənləşdirir! Qarşısındakı insanı bağışlasa belə, əvvəlki yaxınlığı davam etdirmək məcburiyyətində olmadığını düşünür. Onun üçün bəzi ayrılıqlar böyük dramdan çox, həyatındakı tarazlığın yenidən qurulması deməkdir. Küskünlüyünü tamamilə unutmasa belə,xoşbəxt olacağı yerə getməyi çox yaxşı bacarır!
Leyla Demokrat.az


