Hadisə

Türkiyədə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Türkiyədə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Türkiyənin Ordu vilayətində kənd təsərrüfatı işçilərini aparan nəqliyyat vasitəsi aşıb.

Demokrat.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəza ilə bağlı araşdırma başlanılıb.

Demokrat.az

D
demokrat.az