Xəbər verdiyimizkimi,Xalq artisti Şükufə YusupovaBakıda yol-nəqliyyat hadisəsi zamanı yaralanıb.
Qəza dünən saat 18:00 radələrində paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, Həsən Seyidbəyli küçəsində Həsən Hüseynlinin idarə etdiyi “77-UD-238” dövlət qeydiyyat nişanlı “Nissan Note” markalı avtomobil yolu keçən aktrisanı vurub. Hadisə nəticəsində sənətçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, aparılan tibbi müayinələrin nəticələrinə görə, həkimlər tərəfindən 72 yaşlı aktrisaya çanaq və qabırğanın sınıqları diaqnozu qoyulub. Hazırda vəziyyəti ağır qiymətləndirilən Xalq artistinin müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam etdirilir.(axşam.az)
Demokrat.az


