Rusiyanın Kamçatka vilayətində Ploski Tolbaçik vulkanında çarəsiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı Tatyana Dolivets xilas edilib.
Demokrat.azBizim.Media-ya istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib.
"Dəstəyə görə hamıya təşəkkürlər! Biz artıq isti yerdəyik. Qızınmaq üçün kiçik evimiz var, isti yataq kisələri və çadırlarla təmin olunmuşuq. Axşam yeməyi üçün isə bizə başqa düşərgədən yemək göndəriblər”.
Xatırladaq ki, avqustun 22-də bir qrup turist Rusiyanın şərqində, Kamçatkanın Ploski Tolbaçik vulkanında avtomobillərində çarəsiz vəziyyətdə qalıblar. Onların arasında Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də olub. 
Rusiyanın Kamçatka yarımadasında Ploski Tolbaçik vulkanında bir qrup turist avtomobillərində yolda qalıblar.
Buna səbəb güclü yağışlar səbəbindən yolun tamamilə dağılması olub.
Çətin vəziyyətdə qalan turistlər arasında Tatyana Dolivets adlı Azərbaycan vətəndaşı da var. Bu barədə sözügedən qadın instaqram hesabında paylaşım edib.
Onun sözlərinə görə, 16 nəfər ilə birlikdə hazırda “Ural” markalı avtomobildə köməksiz qalıblar.
T.Dolivets həmçinin cəmi 1 günlük qida ehtiyatlarının qaldığını vurğulayıb. (Qafqazinfo)
Demokrat.az


