Seda Sayanı qəzəbləndirən foto: “Lap ağlınızı itirmisiniz!”
Türkiyəli müğənni və aparıcı Seda Sayan sosial mediada yayılan bir foto səbəbilə əsəbiləşib.
Maqazin səhifələrindən birində sarışın bir qadının fotoları paylaşılaraq onun Seda Sayan olduğu iddia edilib. Paylaşımda fotoya “Filtersiz, makiyajsız” qeydi də əlavə olunub.
Fotodakı qadının Sayanı xatırlatması diqqət çəksə də, sənətçi görüntülərin ona aid olmadığını bildirib. Seda Sayan həmin paylaşımın şərh bölməsində sərt reaksiyasını ifadə edib:
“Axmaqsınız? Bu kimdir bəs? Lap ağlınızı itirmisiniz.”
Sənətçinin bu sözləri qısa müddətdə sosial mediada gündəmə gəlib. İstifadəçilər isə fotodakı qadının Seda Sayana həqiqətən çox bənzədiyini qeyd ediblər.

Leyla Demokrat.az


