İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı 31 nəfər (23 qadın, 8 kişi) 20.08.2026-cı il tarixində saat 15:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Demokrat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
*** 11:36
İsmayıllıda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, hadisəsi ilə bağlı AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonunun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib.
24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəstələrin vəziyyəti yaxşıdır. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcəkdir.
Agentlik xüsusilə yay aylarında kütləvi tədbirlər zamanı qidaların saxlanma şəraitinə və temperatur rejiminə diqqət yetirilməsinin bir daha vacibliyini vurğulayır.
Demokrat.az


