Dünya Özəl

İstanbulda böyük zəlzələ gözlənilir? — Seysmoloqdan açıqlama

İstanbulda böyük zəlzələ gözlənilir? — Seysmoloqdan açıqlama

İstanbul sahillərində qeydə alınan onlarla mikrozəlzələ, böyük ehtimalla, daha güclü və dağıdıcı zəlzələnin xəbərçisi deyil.

Demokrat.az xəbər verir ki, bu barədə "RIA Novosti"yə Türkiyənin seysmoloqu, İstanbul Texniki Universitetinin keçmiş müəllimi Övgün Ahmet Erçan bildirib.

Bu həftə seysmoloqlar Mərmərə dənizində, episentri Şahzadə adaları yaxınlığında yerləşən onlarla yeraltı təkan qeydə alıblar:

"Biz Mərmərə dənizində hər il maqnitudası 4-dən aşağı olan təxminən 3,5-4 min mikrozəlzələ qeydə alırıq. Bu mikrozəlzələ dalğasının ardınca böyükmiqyaslı zəlzələnin baş verəcəyini deyə bilmərik".

Alim qeyd edib ki, bu ərazidə 5-5,5 maqnitudalı zəlzələ baş verə bilər. Bununla belə, onun sözlərinə görə, 6-7 maqnitudalı zəlzələ üçün kifayət qədər potensial yoxdur.

Jalə Demokrat.az

D
demokrat.az