Şou-biznes Özəl

Mert Yazıcıoğlunun yeni imici: Görənlər onu tanımadı — FOTOLAR

Mert Yazıcıoğlunun yeni imici: Görənlər onu tanımadı — FOTOLAR

Son dövrün diqqət çəkən aktyorlarından Mert Yazıcıoğlu həm aktyorluq fəaliyyəti, həm də şəxsi həyatı ilə maqazin gündəmində qalmaqda davam edir.

Demokrat.az xəbər verir ki, "Kuruluş Orhan" serialındakı performansı ilə tanınan aktyor yay tətilini sevgilisi Zeynəb Artukmaçla xaricdə keçirib.

Tətilini başa vurduqdan sonra sosial media hesabında yeni görüntüsünü paylaşan Yazıcıoğlu izləyicilərini təəccübləndirib. Aktyor yeni mövsüm öncəsi imicini dəyişərək saqqalını qırxdırıb.

Yazıcıoğlu son aylarda Zeynəb Artukmaçla münasibəti ilə də maqazin mətbuatının diqqət mərkəzində olub. Jurnalistlərin "Yeni münasibətiniz mübarək olsun" sualına "Təşəkkür edirəm" cavabını verərək münasibətini təsdiqləyən aktyor uzun müddətdən sonra şəxsi həyatında yeni mərhələyə qədəm qoyub.

Cütlük daha sonra birlikdə görüntülənib. Onlar dostları ilə ad günü qeyd etdiklərini bildirərək münasibətlərinin yaxşı getdiyini və xoşbəxt olduqlarını söyləyiblər.

Yay tətili zamanı birlikdə çəkdirdikləri fotoları sosial şəbəkələrdə paylaşan cütlük izləyicilərin də diqqətini çəkib.

Mert Yazıcıoğlu "Kuruluş Orhan" serialında tamaşaçıların alışdığı saqqallı görünüşündən imtina edib. Aktyor yeni mövsüm öncəsi saqqalını qırxdıraraq son görüntüsünü sosial media izləyicilərinin ixtiyarına verib.

Onun yeni görünüşü qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər alıb. Bir çox izləyici aktyoru yeni imicində tanımaqda çətinlik çəkdiyini bildirib.

Mert Yazıcıoğlunun yeni imici: Görənlər onu tanımadı — FOTOLAR

Mert Yazıcıoğlunun yeni imici: Görənlər onu tanımadı — FOTOLAR

Mert Yazıcıoğlunun yeni imici: Görənlər onu tanımadı — FOTOLAR

Mert Yazıcıoğlunun yeni imici: Görənlər onu tanımadı — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az