Dünya Özəl

Moskva iki ilin ən böyük PUA hücumunu məruz qaldı — Yaralılar var (VİDEO)

Moskva iki ilin ən böyük PUA hücumunu məruz qaldı — Yaralılar var (VİDEO)

Moskva və Moskva vilayəti son iki ilin ən böyük pilotsuz uçuş aparatı hücumuna məruz qalıb.

Demokrat.az Rusiya mediasına istinadən xəbər verir ki, avqustun 17-si axşam saatlarından bu gün saat 05:41-ə qədər paytaxt regionuna doğru 627 PUA-nın uçduğu, onlardan 180-nin birbaşa Moskva vilayəti üzərində məhv edildiyi bildirilib. Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Hücum təhlükəsi səbəbindən paytaxtın bir neçə hava limanında məhdudiyyətlər tətbiq olunub. Səkkiz aviareys Moskva hava limanlarına enə bilməyib. "Vnukovo" hava limanında isə bəzi sərnişinlər təyyarələrdən çıxarılaraq yenidən terminala qaytarılıb.

Moskva vilayətinin son iki ilin ən böyük PUA hücumunu necə keçirdiyi və paytaxt hava limanlarında nələrin baş verdiyi barədə məlumatlar yayılıb.

Moskva vilayətində dron hücumu nəticəsində 10 yaşlı uşaq da daxil olmaqla, 3 nəfərin xəsarət aldığı bildirilir. Bundan başqa, vilayətin Boqorodsk dairəsində yerləşən “Wildberries” anbarında yanğın baş verib.

Jalə Demokrat.az

D
demokrat.az