Cəmiyyət

Qayda pozub yolu kəsdi, sonra təhqir etdi: "Lotusan, işverənsən" — VİDEO

Qayda pozub yolu kəsdi, sonra təhqir etdi: Lotusan, işverənsən — VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb.

Demokrat.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə iyulun 7-də, paytaxtın Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, görüntünü qeydə alan avtomobilin sürücüsü kəsişmə yerində sarı torun üzərində qalmamaq üçün qarşıdakı avtomobilin getməsini gözləyib. Bu zaman 56-BH-413 qeydiyyat nişanlı "Renault" markalı avtomobilin sürücüsü sol zolaqda hərəkətin olduğunu görərək qəfil manevr edib. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısına keçərək onu qəzəbləndirib. Bundan sonra onların arasında mübahisə yaranıb. Qaydaları pozan sürücü "lotuluq eləmək istəyirsən", "işverənsən sən" deyərək özünü haqlı çıxarmağa çalışıb.

Sözügedən videonu təqdim edirik.

Demokrat.az

D
demokrat.az